21 baxış
Bu yazını paylaşın
Siyasi

TDT Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini yüksək qiymətləndirib

02 Mart 2023

“Qoşulmama Hərəkatı dünyanın bir çox ölkəsini birləşdirən mühüm əməkdaşlıq platformasıdır”.

TELEJURNAL  xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirib, həmçinin belə bir sammitin təşkilinə görə rəsmi Bakıya təşəkkür edib.

“TDT gənc və dinamik təşkilat kimi BMT və digər təşkilatlarla əməkdaşlığı gücləndirmək niyyətindədir”, – K.Ömuraliyev vurğulayıb.

O, TDT-nin ÜST ilə COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlığından danışıb və Türk Dövlətləri Təşkilatı adından Afrika ölkələrinə 600 000 vaksin bağışlandığını xatırladıb: “Türk Dövlətləri Təşkilatı dağıdıcı zəlzələdən sonra Türkiyəyə yardım əlini uzadan ilk təşkilatdan biri olub. Türkiyə xalqı ilə həmrəy olduğumuzu bildiririk. Bu ölkəyə bir neçə yüz ton lazımi humanitar yardım göndərilib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…