97 baxış
Bu yazını paylaşın
Siyasi

TDT: “2023-cü ildə türk dünyasının qəlbi Şuşada döyünəcək”

04 Aprel 2022

“Türk dünyasının qəlbi 2023-cü ildə Şuşada döyünəcək. Bu, Şuşanı dünyaya tanıtmaq deməkdir”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir.

“Türk Dövlətləri Təşkilatı və onun dost qurumları,- TÜRKSOY, TürkPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu var. Gələn ildə mədəni tədbirlər Şuşada təşkil ediləcək və indi tədbirlərin planı hazırlanır. Eyni zamanda, Türk Dovlətləri Təşkilatı çərçivəsində 2023-cü ildə Azərbaycanda planlaşdırdığımız tədbirlərin bir hissəsini Şuşada keçiriləcək. Bu plan çərçivəsində konsert proqramlarının və digər proqramların Şuşada keçirilməsini nəzərdə tutmuşuq”, – o bildirib.

Onun sözlərinə görə, bu, həm də Şuşanı dünyaya tanıtmağa yönələcək: “Düşünürəm ki, 30 illik işgaldan sonra Suşa yenə türk mədəniyyətinin beşiyi kimi dünyaya səs salacaq. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim Koordinasiya Şuramız var, oraya TDT, TÜRKSOY, TürkPA, Türk Mədəniyyəti və İrsi Fondu və Türk Akademiyası daxildir. Onlarla birlikdə Şuşanın tarixinin araşdirilması və mədəni irsi abidələrinin qorunması istiqamətində görüş və tədbirlər, nazirlər səviyyəsində isə biznes forumun keçirilməsi nəzərdə tutulur”.

Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının martın 31-də Bursa şəhərində keçirilən fövqəladə iclasında Şuşa türk dünyasının paytaxtı seçilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…