16 baxış
Bu yazını paylaşın
İctimai

TBMM nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

18 İyul 2023

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 18-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Telejurnal xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edib.

“Türk şəhidliyi” abidəsinin Türkiyə və Azərbaycan qardaşlığının ən böyük nişanəsi olduğunu vurğulayan Fuat Oktay bildirib ki, bu müqəddəs məkanda uyuyan türk şəhidləri Qafqaz İslam Ordusunun mərd əsgərləri kimi azərbaycanlı qardaşları ilə birlikdə düşmənlərə qarşı vuruşub və hamının qəlbində ölümsüzlüyə yol açıblar. Vurğulanıb ki, uğrunda şəhidliyə ucaldıqları torpaq naminə birgə mübarizə Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğumuzu nümayiş etdirib. “Azərbaycanlılar da Çanaqqala müharibəsində bizim yanımızda olublar və qəhrəmancasına döyüşüblər. Bir əsr bundan əvvəl göstərilən qəhrəmanlıq və fədakarlıq Azərbaycanın 44 günlük haqq savaşında da təkrarlanıb. Bu amillər bizi əbədi olaraq bir-birimizə bağlayıb”, – deyə o qeyd edib.

Sonra şəhidlərin xatirəsinə dualar oxunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…