62 baxış
Bu yazını paylaşın
Siyasi

Tbilisidə “Xocalıya ədalət” adlı sərgi açılıb

20 Fevral 2022

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Axundov İncəsənət Qalereyası”nda “Xocalıya ədalət” adlı sərgi açılıb.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində Azərbaycanın təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, diplomatik korpus təmsilçiləri, Gürcüstan ictimaiyyətinin nümayəndələri, Xocalı faciəsinin gürcüstanlı şahidləri və onların yaxınları iştirak edirlər.

Sərgidə Bakıdan gətirilən Xocalı faciəsini əks etdirən 60-a yaxın rəsm əsəri, heykəlciklər və taxta üzərində oyma işləri təqdim olunub. Ekspozisiyada Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər mövzusunda rəsmlər də yer alıb.

Sərgi fevralın 23-dək ziyarətçilər üçün açıq olacaq.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…