26 baxış
Bu yazını paylaşın
Siyasi

Tbilisidə təhlükəsizlik mövzusunda beynəlxalq konfrans keçirilir

18 Yanvar 2022

Gürcüstanın paytaxtı Tbilisidə təhlükəsizlik mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) təşkil etdiyi ikigünlük konfransda regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Azərbaycanı bu tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev təmsil edir.
Tədbirin sessiyalarından biri “2020-ci ildə Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda güc balansı” mövzusuna həsr olunub.
Konfransda diplomatik korpusun nümayəndələri, yerli və xarici tədqiqatçılar, siyasi ekspertlər iştirak edirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…