31 baxış
Bu yazını paylaşın
Dünya

Tbilisidə prezident Salome Zurabişvilinin təşəbbüsü ilə mitinq keçirilib

17 İyun 2022

Tbilisi, 17 iyun, TELEJURNAL  AZƏRTAC-a istinadən xəbər verir ki,

Tbilisidə prezident Salome Zurabişvilinin təşəbbüsü ilə “Avropaya inteqrasiyaya dəstək” adlı mitinq keçirilir.

paytaxtın Avropa meydanında keçirilən “Birlik aksiyası”nda Salome Zurabişvili, eləcə də ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, Avropa İttifaqının səfiri Karl Hartzel, Fransanın səfiri Dieqo Kalas, Almaniyanın səfiri Xubert Knirş və digər ölkələrin səfirləri, ictimai fəallar iştirak edirlər.

S.Zurabişvili çıxış edərək deyib ki, aksiyada prezident kimi deyil, bir vətəndaş olaraq iştirak edir.

O deyib: “Mən burada prezident deyil, ölkəsinə ürəyi yanan bir vətəndaş kimi iştirak edirəm. İnanıram ki, bu ölkənin Avropadan başqa gələcəyi yoxdur. Buraya toplaşan vətəndaşlar hesab edirik ki, Gürcüstanın taleyi və perspektivi Avropadadır”.

Qeyd edək ki, sabah Avropa Komissiyası Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilib-verilməməsi ilə bağlı rəyini açıqlamalıdır.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası, eləcə də əsas aparıcı ana müxalifət hesab olunan Milli Hərəkat partiyası mitinqdə iştirak etmir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…