42 baxış
Bu yazını paylaşın
Siyasi

Tatyana Valovaya Azərbaycanın QH-dəki fəaliyyətini yüksək qiymətləndirib

05 İyul 2023

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirirəm”.

Telejurnal  xəbər verir ki, bunu BMT-nin Cenevrə ofisinin Baş direktoru Tatyana Valovaya Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Bakıda “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusunda keçirilən Nazirlər toplantısında deyib.

“Qoşulmama Hərəkatına uğurlu sədrlik etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm, təşkilatın prinsip və normalarının yerinə yetirilməsində ölkənin rolunu və fəaliyyətini yüksək qiymətləndirirəm”, – o vurğulayıb.

O, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəyə verdiyi töhfəni qeyd edib.

Tatyana Valovaya əlavə edib ki, dünya münaqişələrdən, iqlim problemlərindən, qeyri-sabit iqtisadiyyatdan və bəşəriyyət üçün təhlükə yaradan digər problemlərdən əziyyət çəkir: “Qoşulmama Hərəkatının fəaliyyəti isə kataklizmlərə qarşı mübarizəyə töhfə verir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…