25 baxış
Bu yazını paylaşın
Siyasi

Tatyana Valovaya: Azərbaycan BMT-nin mühüm tərəfdaşıdır

17 İyun 2022

Bakı, 16 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

İyunun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov IX Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfər edən BMT rəsmisini salamlayıb və bu ilin Azərbaycanın BMT-də üzvlüyünün 30-cu ildönümünün tamam olması baxımından rəmzi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir ölkəmizin BMT və onun ixtisaslaşmış institutları ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və istər Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində, istərsə də fərdi qisimdə Azərbaycanın irəli sürüdüyü təşəbbüslərin beynəlxalq sülhə və inkişafa xidmət etdiyini vurğulayıb.

Tatyana Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın BMT-nin mühüm tərəfdaşı olduğunu bildirib. BMT-nin Cenevrə bölməsinin baş direktoru Azərbaycanın BMT-nin digər üzv ölkələrinə göstərdiyi yardımın təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycanın bölgədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə könüllü hesabatları təqdim edən yeganə ölkə olduğunu qeyd edib.

Görüşdə tərəflər BMT gündəliyinin aktual mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması, ərazilərin minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, habelə Ermənistanla münasibətlərin normallaşması və bölgədə sülhün təmin olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…