259 baxış
Bu yazını paylaşın
Siyasi

Tarixçi alim: Azərbaycanda “Şuşa İli” elan olunmasının böyük siyasi və tarixi əhəmiyyəti var

12 Yanvar 2022

Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, tariximizə yazılan böyük Zəfərimizlə xalqımız daim sonsuz qürur duyacaq. Bu Zəfər xalqımızın Vətənə olan böyük sevgisini bütün dünyaya nümayiş etdirdi.

“TELEJRNAL” AZƏRTAC-a istinadan xəbər verir ki, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova söyləyib. Alim bildirib ki, işğaldan azad olunan torpaqlarımızda bu gün böyük bərpa və quruculuq tədbirləri həyata keçirilir.

Şuşa tarixi inkişaf yolu keçib, Azərbaycanın ictimai-siyasi həyatında daim müstəsna rol oynayıb, xalqımıza böyük şəxsiyyətlər bəxş edib.

Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdü.

Strateji mövqeyi ilə seçilən və hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olan Şuşa 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal edilmişdi. İşğal dövründə şəhərdəki tarixi və mədəniyyət abidələri düşmən tərəfindən dağıdılmışdı.

Dövlətimizin başçısının rəhbərliyi ilə Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanıldı. Bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi bu sahədə kompleks işlərin tərkib hissəsidir.

“Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsindən sonra 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunması böyük siyasi və tarixi əhəmiyyətə malikdir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkilindən sonra 2022-ci ildə “Şuşa İli” ilə bağlı burada keçiriləcək tədbirlər, forumlar, konfranslar erməni yalanlarını dünya ictimaiyyəti qarşısında ifşa edəcək, 270 il öncə inşa edilən Şuşa qalasını özünəməxsus şəhər mədəniyyəti, füsunkar təbiəti və coğrafiyası və bəşər mədəniyyətinə verdiyi töhfələrlə bir daha bütün dünyada tanıdacaq. Şuşada təşkil olunacaq festivallar, konsertlər, müsabiqələr, sərgilər, poeziya gecələri, yubileylərdə qədim mədəniyyətimiz və incəsənətimiz bütün palitrası ilə təqdim olunacaq və Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəs görəcək”, – deyə dosent Kəmalə Nəcəfova bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…