23 baxış
Bu yazını paylaşın
İdman

Tanınmış meyxana ustası “Sabah” – “Beşiktaş” oyunu ilə bağlı proqnoz verib

12 May 2023

Tanınmış meyxana ustası Ağamirzə Məmmədov Bakıda “Sabah” və “Beşiktaş” komandaları arasında keçiriləcək xeyriyyə oyunu ilə bağlı proqnoz verib.

Telejurnal” ın məlumatına görə, İstanbul klubunu qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sənətkar jurnalistlərə açıqlamasında matçın 2:1 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatacağını bildirib.

“Beşiktaş” azarkeşi olduğunu gizlətməyən meyxanaçı yoldaşlıq görüşündə “Sabah”ı dəstəkləyəcəyini söyləyib: “Türklər bizim qardaşlarımızdır. Yaşasın Azərbaycan-Türkiyə!”

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…