31 baxış
Bu yazını paylaşın
Dünya

Taliban: Terrorçuların Əfqanıstan ərazisindən istifadəsinə imkan verilməyəcək.

26 İyul 2022

Əfqanıstanın yeni hakimiyyət orqanları ölkə ərazisinin terror təşkilatları tərəfindən istifadə edilməyəcəyinə zəmanət verir.

TELEJURNAL. az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri vəzifəsinin icraçısı Əmirxan Mottaki Daşkənddə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Əfqanıstan regionda sabitliyin pozulması mənbəyi olmayacaq. Hakimiyyət orqanları ölkə ərazisinin terror təşkilatları tərəfindən istifadə olunmayacağına zəmanət verir”, – deyə Əmirxan Mottaki bildirib.

Onun sözlərinə görə, Əfqanıstan hakimiyyətinin məqsədi bütün dünya ölkələri ilə qarşılıqlı hörmət əsasında diplomatik əlaqələr qurmaqdır. “Taliban” hərəkatının nümayəndəsi, həmçinin hazırda iqtisadi inkişafın, həmçinin ölkənin Mərkəzi və Cənubi Asiyanın inkişafı üçün mərkəzə çevrilməsi perspektivinin diqqət mərkəzində dayandığını vurğulayıb.

Daşkənd şəhərində keçirilən “Əfqanıstan: təhlükəsizlik və iqtisadi inkişaf” adlı beynəlxalq konfransda 20-dən çox ölkənin nümayəndə heyətləri iştirak edir. Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tədbirin əsas məqsədi Əfqanıstanda sabitliyin, təhlükəsizliyin, münaqişədən sonrakı bərpanın və ölkənin regional əməkdaşlıq prosesinə inteqrasiyasının təşviqi üçün təkliflər hazırlamaqdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…