39 baxış
Bu yazını paylaşın
İctimai

Taleh Kazımov: “Son 20 ildə Azərbaycan iqtisadiyyatının real həcmi 4 dəfə artıb”

05 May 2023

Son 20 ildə Azərbaycanda həyata keçirilən təqdiredici artım strategiyası sayəsində milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15,6 dəfə artıb.

TELEJURNAL xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

“İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşib. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyyətli yüksəlib, yoxsulluq səviyyəsi xeyli azalıb”, – T. Kazımov qeyd edib.

AMB-nin sədri əlavə edib ki, regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilmiş, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri qovşağına çevrilib: “Beləliklə, Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir dövlət, dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…