55 baxış
Bu yazını paylaşın
İqtisadi

Taksi xidməti sahəsində dövlət-özəl əməkdaşlığı layihəsinə başlanılıb

27 Yanvar 2022

Taksi xidməti sahəsində özəl şirkətlərin səmərəli fəaliyyətini nəzərə alaraq, şəhərimizin simvollarından birinə çevrilən, dövlətə məxsus təsərrüfat subyekti olan “Bakı Taksi Xidməti” MMC-nin şəffaflaşdırılması, rentabelliyinin artırılması və dövlət əmlakından səmərəli istifadənin yüksəldilməsi məqsədilə dövlət-özəl əməkdaşlığı layihəsinə başlanılıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, “Bakı Taksi Xidməti”nin infrastrukturu və avtomobil parkına özəl investisiyaların cəlb edilməsi vasitəsilə kadrların və “call center” xidmətinin səviyyəsinin artırılması, xidmətin ən nümunəvi taksi xidmətlərindən birinə çevrilməsi bu əməkdaşlıqda əsas hədəfdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…