320 baxış
Bu yazını paylaşın
Siyasi

Tahir Mirkişili: Son 18 ildə Azərbaycanda dayanıqlı əsaslara söykənən güclü birlik yaranıb

29 Yanvar 2022

Son 18 ildə Azərbaycanda dörd mühüm nəticəyə nail olunub və ilk növbədə, dayanıqlı əsaslara söykənən güclü birlik yaranıb. Bu, həm xalq-iqtidar birliyidir, eyni zamanda, müxtəlif millətlərin və dinlərin birliyidir.
Azərbaycanda belə bir birliyin əldə olunması çox böyük uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin nümunəsidir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin “YAP-ın yeni proqramında iqtisadi hədəflər” sərlövhəli məqaləsində yer alıb.
T.Mirkişili qeyd edib ki, ikinci mühüm nəticə iqtisadiyyatda əldə edilmiş uğurlarla bağlıdır. Azərbaycanın əldə etdiyi ən böyük üçüncü nəticə beynəlxalq nüfuzunun artması, dördüncü nəticə isə uzun illər xalqımızın vahid bir amal uğrunda – ərazilərinin azad olunması istiqamətində apardığı mübarizədən tam qalib çıxmasıdır.
Bildirilib ki, bu 4 istiqamətdə əldə edilən mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Prezident İlham Əliyevin, eyni zamanda, bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin bəhrəsidir.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…