338 baxış
Bu yazını paylaşın
Siyasi

Tahir Budaqov: Qadın sahibkarlarımız azad olunmuş ərazilərin bərpası işinə öz töhfələrini verəcəklər

25 Yanvar 2022

Bu gün dövlətimizin əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması, Böyük Qayıdışın təmin edilməsidir. Həmin ərazilər minalardan təmizləndikcə məskunlaşma prosesi həyata keçiriləcək. Təbiidir ki, insanlarımız doğma torpaqlarına qayıtdıqca ən aktual, ən vacib məsələlərdən biri də onların iqtisadi fəallığının, iş yerləri ilə təmin edilməsidir. Bu proses ölkəmizin daha sürətli inkişafı üçün möhkəm zəmin yaratmış olacaq. Həmin iqtisadi rayonların iqtisadiyyatına, o cümlədən sosial infrastruktur layihələrinə böyük investisiyalar yatırılır. Dövlət büdcəsinin önəmli bir hissəsi bu ərazilərdə quruculuq işlərinin yerinə yetirilməsinə sərf olunur. Amma, eyni zamanda, bu prosesdə xarici ölkələrin də şirkətləri artıq iştirak edirlər. Xüsusilə qardaş Türkiyənin şirkətləri həmin ərazilərdə fəal çalışır. Bununla belə, bu prosesə yerli sahibkarlarımzın da aktiv qoşulması çox önəmli bir məsələdir.
“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında ifadə edib.
Tahir Budaqov qeyd edib ki, 2020-ci il Azərbaycan dövlətinin və xalqının çoxəsrlik tarixinə əlamətdar il kimi daxil oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu hadisə Azərbaycanın çoxəsrlik tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Şanlı Qələbəmiz təkcə tarixi ədalətin bərpası və Azərbaycanın haqlı mübarizəsinin kulminasiya nöqtəsi deyil. Qələbə nəticəsində regionda yeni reallıqlar yarandı və Azərbaycanın regionda onsuz da böyük olan rolunun bundan sonra daha da artması üçün yeni imkanlar formalaşdı.
YAP Sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın iqtisadi rayonlarının bölgüsünə yenidən baxıldı və işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu rayonlar ciddi iqtisadi potensiala malikdir. Təbii ki, həmin iqtisadi rayonların imkanlarından səmərəli istifadə və onların potensialının ölkənin ümumi potensialına inteqrasiyası Azərbaycanın bundan sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. İndi həmin ərazilərdə bərpa prosesi ən müasir tələblərə cavab verən səviyyədə, müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qısa müddət ərzində nəhəng infrastruktur layihələri artıq reallaşdırılıb və hal-hazırda da bu istiqamətdə işlər davam edir.

“Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda keçirdiyimiz konfransın da əsas mahiyyəti odur ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda, həmin bölgənin sosial-iqtisadi inkişafında qadın sahibkarların iştirakını təşviq edək. Düşünürəm ki, bu konfransda dövlət orqanlarının nümayəndələri tərəfindən verilən məlumatlar, aparılan müzakirələr nəticəsində qadın sahibkarlarımızda azad edilmiş ərazilərimizin bərpası işi ilə bağlı aydın təsəvvür formalaşacaq və onlar bu prosesdə yaxından iştirak edəcəklər. Hesab edirəm ki, qadın sahibkarlarımız azad olunmuş ərazilərin bərpası işinə öz töhfələrini verəcəklər”, – deyə Tahir Budaqov diqqətə çatdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…