196 baxış
Bu yazını paylaşın
Siyasi

Tahir Budaqov: Antalyada YAP ilə AK Parti arasında əməkdaşlığın perspektivləri ətrafında faydalı müzakirələr apardıq

12 Mart 2022

Artıq ikinci ildir keçirilən Antalya Diplomatiya Forumu ötənilki ilə müqayisədə daha da genişlənib. Bu, həm iştirakçı dövlət və hökumət başçılarının, həm də, ümumiyyətlə, qatılanların sayında özünün göstərir. Forumun məqsədi daha ədalətli dünyanın qurulmasında diplomatik yollar axtarmaqdır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.
Dünyanı narahat edən problemlərin müzakirə olduğu Forumda iştirak etməyin Yeni Azərbaycan Partiyası üçün faydalı olduğunu diqqətə çatdıran YAP Sədrinin müavini Tahir Budaqov deyib ki, tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım ilə görüşdə iki qardaş ölkənin hakim partiyaları arasında imzalanmış əməkdaşlıq protokolunda nəzərdə tutulan müddəaların icrası, perspektivdə olan məsələlər ətrafında faydalı müzakirələr aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…