28 baxış
Bu yazını paylaşın
İctimai

Tacikistan Azərbaycanın sənaye parkları təcrübəsindən yararlanacaq

14 İyun 2023

Tacikistan iş adamları sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən yararlanacaq.

Telejurnal  İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabirin rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olan zaman məlum olub.

Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı göstərilib.

Tacikistanın sənaye və yeni texnologiyalar naziri ölkəsinin Azərbaycanla əməkdaşlığın, xüsusilə sənaye və logistika sahəsində əlaqələrin genişlənməsində, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən yararlanmaq niyyətində olduqlarını və bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb.

Görüş çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, tacikistanlı iş adamları sənaye zonalarında mövcud investisiya imkanlarından yararlanmağa dəvət edlib.

Sonda nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin Polietilen məmulatları zavodunda gedən istehsal prosesi ilə tanış olublar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…