50 baxış
Bu yazını paylaşın
Siyasi

Suzan Elliott: “Azərbaycan və Ermənistan arasında sülh bütün region üçün çox vacibdir”

07 İyun 2023

“Azərbaycan və Ermənistan arasında danışıqlar regionda sülhün və sabitliyin qorunması üçün çox vacibdir”.

Telejurnal  xəbər verir ki, bunu ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin Prezidenti və baş icraçı direktoru Suzan Elliott Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, harmoniya və inteqrasiya bugünkü gündəmin iki mühüm maddəsidir.

S.Elliott Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəal iş apardığını da qeyd edib:

“Hətta ABŞ-da belə mürəkkəb dəyişikliklər o qədər də tez baş vermir. 2020-ci ildən Azərbaycan bir çox infrastruktur layihələrini başa çatdırıb və bu, iqtisadiyyatı bərpa etmək və insanları buraya qaytarmaq üçün lazımdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…