75 baxış
Bu yazını paylaşın
Uncategorized

“Şuşasız bizim işimiz yarımçıq qalar” – Video

16 Oktyabr 2020

“İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

“telejurnal” xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında səsləndirib.

“Bilirsiniz, bundan əvvəlki dövrdə danışıqlar masasında bir çox məsələlər var idi. Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar da qalsın, yəni, hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev buna razılaşmır. Axı ona deyirik ki, indi beş rayon, halbuki Ermənistan indi görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar”, – deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı vurğulayıb ki, Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tutur: “Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq? Əlbəttə ki, onu yaxın gələcək göstərər”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…