36 baxış
Bu yazını paylaşın
İctimai

Şuşada yeni su anbarının tikintisinə başlanılıb

01 Mart 2023

Şuşa şəhərində dəniz səviyyəsindən 1 406 metr hündürlükdə yeni su anbarı tikilir.

TELEJURNAl xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin tikintisi layihəsi çərçivəsində görülən işlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə şəhərə təşkil edilən səfər zamanı deyib.

O qeyd edib ki, yeni anbar bu ilin sonuna kimi istifadəyə veriləcək:

“Anbar iki hissədən ibarətdir və hər birinin həcmi 1 000 kubmetrdir. Anbar vasitəsilə suyun optimal idarəetməsi və dayanıqlılığı təmin edilir. Anbarda toplanan su elektrik enerjisi olmadan Şuşa şəhərinə paylanacaq. Bu anbar baş verən istənilən qəza zamanı şəhərin su təchizatının fasiləsiz davam etməsini təmin edəcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…