39 baxış
Bu yazını paylaşın
Siyasi

Şuşada Xurşidbanu Natəvan və Zəfər küçələrində, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışları olub

10 May 2023

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Xurşidbanu Natəvan və Zəfər küçələrində, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışlarında iştirak ediblər.

TELEJURNAL  xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verildi.

Bildirilib ki, uzunluğu 438 metr, eni isə 14 metr olan Xurşidbanu Natəvan küçəsi şəhərin tarixi-mərkəzi hissələrini əhatə edir. Vətən müharibəsində Şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 1963 metr, eni isə yol yatağına uyğun olaraq 10-11 metr aralığında dəyişir. Şuşada əsas küçələrdən biri də Qarabağ küçəsidir. Bu küçənin uzunluğu 338 metr, eni isə 11 metrdir. Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin adını daşıyan küçənin uzunluğu 293 metr, eni isə 10 metrdir.

Qeyd olunub ki, Şuşanın tarixi-mədəni irsinin bir sıra nümunələrinin yerləşdiyi bu küçələr şəhərin orijinal memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq. Yenidənqurma işləri zamanı bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.

Dövlət başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…