17 baxış
Bu yazını paylaşın
Siyasi

Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək

19 Aprel 2022

1993-cü ilə qədər hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyü kimi antimilli ünsürlər dövlətimizə və dövlətçiliyimizə böyük zərbələr vursalar da, torpaqlarımızın işğal altına düşməsinə səbəb olsalar da, vətəndaş müharibəsinə, dünya azərbaycanlılarının parçalanmasına əsas yaratsalar da, ümummilli lider Heydər Əliyevin xalq tərəfindən hakimiyyətə gətirilməsindən sonra bütün sahələr üzrə proseslər əks istiqamət aldı, inkişaf, nailiyyətlər müşahidə edildi. Heç şübhəsiz ki, diaspor işləri də bu baxımdan istisna təşkil etmədi və mühüm addımlar atıldı. Dünya Azərbaycanlılarının ilk Qurultayı da 2001-ci ildə Bakıda keçirildi və bununla da ulu öndər Heydər Əliyev diaspora qarşısında mühüm vəzifələr qoydu. Məhz bu Qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı 15 il ərzində isə keçirilmiş 3 qurultay əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərdi.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Son 5 il ərzində diasporla işin daha da təkmilləşdirildiyini qeyd edən R.Vəlibəyov deyib: “2018-ci ildə yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlanıb, diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyaları tətbiqi olunub, xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası həyata keçirilib. Milli həmrəylik və birlik ideyasının reallaşdırılması naminə son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi yaradıldı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olundu. Sirr deyil ki, diaspor qarşısında duran əsas vəzifələrdən birini də Ermənistanın işğalçılıq siyasətinin ifşasıdır ki, bu istiqamətdə, xüsusilə də, Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdi, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdi. Məhz 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər, Qarabağın işğaldan azad edilməsi bir daha milli birliyimizin və həmrəyliyimizin danılmaz sübutu oldu”.
Azərbaycan diasporunun bu gün öz inkişafının birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşadığını deyən YAP Nizami rayon təşkilatının sədri əlavə edib: “Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi barədə qərar tarixi əhəmiyyət daşıyır. Dünya Azərbaycanlılarının V Qurultayının azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüf etməsi, xüsusən Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu mənada, Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək. Heç şübhəsiz ki, bu tarixi reallıq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…