108 baxış
Bu yazını paylaşın
Siyasi

“Şuşa İli” çərçivəsində “Vikipediya”da məqalələr yaradılır

12 Yanvar 2022

“Vikipediya”nın xarici dil bölmələrində ölkəmizlə bağlı məqalələrin yaradılması, həmçinin digər məlumatların yeni faktlarla zənginləşdirilməsi və sayının artırılması prosesi sistemli şəkildə davam etdirilir. Bu istiqamətdə “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və ekspertləri Qülamhüseyn Məmmədov, Ayxan Zayıdzadə və Sübhan Xıdırzadə uğurla fəaliyyət göstərirlər. “Şuşa İli” çərçivəsində Şuşada yerləşən Mərdinli məscidi, Mehmandarovların evi, Quyuluq məscidi, Hacı Quluların mülkü, Əsəd bəyin evi və Azərbaycan heykəltaraşı Cəlal Qaryağdı haqqında serb, portuqal, rus, xorvat, fransız, katalan dillərində məqalələr yaradılıb.

“TELEJURNAL” AZƏRTAC-a  istinadən xəbər verir ki, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Şuşa İli” çərçivəsində “Vikipediya”da xeyli məlumatlar zənginləşdiriləcək, eyni zamanda, Qarabağın tarixinə dair məqalələr diqqətdə saxlanılacaq. Bundan əlavə, onlayn ensiklopediyada Hüseyn Cavidin “Uçurum” faciəsi, xalq mahnısı “Qalanın dibində”, 1904-cü ildən ömrünün sonuna qədər Bakıda fəaliyyət göstərmiş memar Aleksandr Dubov, Cəfər Cabbarlının “Od gəlini” əsəri, “Dəmirçilər” xalçaları, Mirzə Fətəli Axundzadənin “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” komediyası, Zal xan məscidi, “Şah İsmayıl” dastanı, Hüseyn Cavidin “Xəyyam” pyesi, Birinci Türkoloji Qurultay, “Bismillah” filmi (1925), Nizami parkı, Qaraheybət aviasiya poliqonunda helikopter qəzası haqqında ingilis dilində məqalələr yaradılıb. Həmçinin “Nemezis əməliyyatında qətlə yetirilənlər” kateqoriyası, İrəvanda yerləşən Novruzəli bəy məscidi, Zal xan məscidi, Qaraheybət aviasiya poliqonunda helikopter qəzası haqqında türk, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri Məhəmməd Həsən Hacınski barədə isə portuqal dillərində məqalələr yaradılıb.

Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu fəaliyyətə başladığı gündən ölkə daxilində və xaricində bir çox təlimlər keçirib. Bunun nəticəsində isə təlim keçmiş gənclər tərəfindən Azərbaycan və xarici dillərdə olan “Vikipediya”da əsaslı redaktələr aparılıb, çoxsaylı məqalələr yaradılıb. “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…