375 baxış
Bu yazını paylaşın
Siyasi

Şuşa birliyimizin rəmzidir

05 Yanvar 2022

Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi dünya mədəniyyətinə, eləcə də regional təhlükəsizliyə və sülhə səslənən növbəti çağırışdır.

‘TELEJURNAL’ xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat deyib ki, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və 72 mühüm sənət və tarixi abidəsinin demək olar hamısının adları azərbaycanlılarla bağlı, əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna malik Şuşa şəhəri Vətən müharibəsindən sonra yenidən dirçəlişinə mədəniyyət paytaxtı kimi başlayıb.

Şuşada quruculuq işləri hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə geniş vüsət almış, şəhərin mədəniyyət mərkəzi kimi dirçəlməsi istiqamətində mühüm addımlar atılmışdır. 1982-ci il yanvarın 14-də Ümummilli Liderin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasiminin keçirilməsi Azərbaycan xalqının öz tarixinə sonsuz ehtiramının ifadəsi idi.

Prezident İlham Əliyevin səfərlərinin bir çoxunu regionun mədəniyyət mərkəzi hesab olunan Şuşaya etməsi, Şuşa şəhərinə gedən Zəfər yolunun postmüharibə dövründə qısa müddətdə tikilib istifadəyə verilməsi, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının uzun fasilədən sonra – ötən il mayın 12-13-də yenidən keçirilməsi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı, Vaqif Poeziya Günlərinin bərpası və “Qarabağ Azərbaycanın mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgilərinin keçirilməsi, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, yeni obyektlərin təməlinin qoyulması, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması bir daha “Qarabağ Azərbaycandır!” şüarına xidmət edir və doğma Qarabağımızın tez bir zamanda cənnətə çevrilməsi prosesini daha da sürətləndirir.

Dünyanın ən qabaqcıl beynəlxalq təşkilatları ilə davamlı əməkdaşlıq, eləcə də İkinci Qarabağ-Vətən müharibəsindən sonra Azərbaycanın qazandığı nüfuz, dostlar bir çox dünya dövlətləri tərəfindən ölkəmizə olan inam və etibarın artması ən yeni, müasir çağırışları əhatə edən böyük tədbirlərin bu il də həyata keçirilməsini mümkün edəcək və xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilən Şuşanın 270-ci yubiley ilində bütün Azərbaycanın yenilənməsində tarixi əhəmiyyəti bir daha nümayiş olunacaq.

“Əminəm ki, Prezident İlham Əliyevin “Şuşa İli”nin elan edilməsi və bundan irəli gələrək tədbirlər planının hazırlanmasına dair imzaladığı Sərəncam və hökumətə verdiyi tapşırıqlar ən yüksək səviyyədə icra olunacaq, görüləcək işlər və həyata keçiriləcək tədbirlər UNESCO-nun da bu il keçirəcəyi ən mötəbər tədbirləri sırasında yer alacaqdır.

2022-ci il bütün azərbaycanlıların bir daha Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin ətrafında sıx birləşərək son illərin dünyada COVİD-19 pandemiyasının yaratdığı neqativ tendensiyaların qarşısını almağı, müstəqilliyimizin qorunmasını və Qarabağda aparılan böyük quruculuq işlərinin bütün Azərbaycanda dayanıqlı, firavan həyatın davamlı olmasını mümkün edəcək”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

https://azertag.az/xeber/Susa_birliyimizin_remzidir-1967884

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…