244 baxış
Bu yazını paylaşın
Siyasi

Şuşa Bəyannaməsi Azərbaycanın hərb Zəfərinin hüquqi təsdiqidir

04 Fevral 2022

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, TBMM-in sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqi respublikamızda olduğu kimi, qardaş Türkiyədə də tarixi hadisə kimi qəbul olunur. İki qardaş ölkənin əsrlərdən əmanət olan qardaşlıq münasibətlərinin qorunmasının və inkişafının Şuşa Bəyannaməsində təsdiqini tapması haqqında geniş əsaslandırmalar mövcuddur.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Qələbədən daim iftixarla danışan Türkiyə rəsmiləri, eləcə də parlamentarilər hesab edirlər ki, Şuşa Bəyannaməsi ölkəmizin qazandığı Qarabağ Zəfərinin hüquqi əsaslandırılmasıdır.
Türkiyədə ümumi rəy belədir: Azərbaycan rəşadətli hərbi hərəkatı ilə həm 30 illik mənfur işğala son qoyub, həm də böyük humanizm nümayiş etdirərək işğalçı tərəfin dinc əhalisinin müharibədən zərər çəkməməsi üçün məqsədyönlü səylər göstərib. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirib. Həm Qarabağ Zəfəri, həm də Azərbaycanın bütün mənalarda beynəlxalq prinsiplər çərçivəsində fəaliyyəti Türkiyəyə yalnız başucalığı gətirib.
Şuşa Bəyannaməsi Xarici İşlər Komissiyasında müzakirə ediləndə qardaş ölkə parlamentariləri Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə göstərdiyi yekdil siyasi-mənəvi dəstəyi əsl qardaşıq nümunəsi kimi dəyərləndirdilər. Əminliklə ifadə olundu ki, tarixi Şuşa Bəyannaməsi əsrlərdən əmanət olan qardaşlığımızın qorunması üçün müttəfiqlik sənədi kimi özünü doğruldacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…