74 baxış
Bu yazını paylaşın
Dünya

“Suriyalıların Qarabağda döyüşməsi barədə kəşfiyyat məlumatları yoxdur” – ABŞ-lı məmur

02 Oktyabr 2020
“Suriya üsyançılarının Dağlıq Qarabağda yerləşdirilməsini təsdiqləyən informasiya və ya kəşfiyyat məlumatları mövcud deyil”.

“telejurnal” “Report”a istinadən xəbər verir ki, bunu Cənubi Qafqazla məşğul olan iki amerikalı məmur anonimlik şəraitində “Turan”ın Vaşinqtondakı müxbirinə bildirib.

Məlumata görə, həmin məmurlar “hərbi əməliyyatlarda iştirak etmək üçün əsasən Suriya, Livandan Dağlıq Qarabağ zonasına qanunsuz silahlı birləşmələrin çıxarılması” barədə Rusiya XİN-in çərşənbə günü yaydığı məlumatı belə şərh ediblər.
Bundan başqa, Dövlət Departamentinin yüksək vəzifəli məmuru “Türkiyənin F-16 təyyarəsinin ermənilərin hərbi təyyarəsini vurması” barədə Ermənistan XİN-in bəyanatını təsdiqləməyib:
“Bununla bağlı heç bir məlumatım yoxdur. Hazırda məndə bunu təsdiqləyəcək heç bir fakt yoxdur”.
Qeyd olunub ki, bu həftənin əvvəlində dövlət katibi Mayk Pompeonun Yunanıstana səfərindən sonra Dövlət Departamentinin yüksək vəzifəli məmuru türkiyəli həmkarları ilə görüşmək üçün iki günlüyə Türkiyənin İstanbul və Ankara şəhərlərinə səfər edəcək.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional məsələlərin müzakirə ediləcəyi vurğulanıb.
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…