28 baxış
Bu yazını paylaşın
İctimai

Suraxanıda uşaq festivalı keçirildi

01 İyun 2023

Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə uşaq festivalı keçirilib.

 

“Telejurnal” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Araz supermarketlər şəbəkəsinin və “Libra kitab” nəşriyyatının tərəfdaşlığı ilə hazırlanan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Əziz Ələkbərov, YAP Suraxanı Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid və qazi övladları, eləcə də digər qonaqlar iştirak ediblər.

 

RİH başçısı Əziz Əzizov və qonaqlar rayonun uşaq bağçası-körpələr evləri və məktəblər tərəfindən hazırlanan əl işlərindən ibarət guşələr ilə tanış olub və uşaqların təqdimatlarını dinləyiblər.

 

Tədbirdə uşaqlara dondurmalar paylanıb, eləcə də keçirilən müxtəlif əyləncəli müsabiqələrin qalibləri mükafatlandırılıb.

 

Həmçinin, qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev uşaqlara hər zaman diqqət və qayğı göstərib, onların sağlam və milli ruhda böyüməsi üçün əlindən gələni əsirgəməyib.

Eyni zamanda, ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyüməkdə olan nəslə, körpə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğı və onların bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanıb.

 

Tədbirin sonunda sülhün carçıları olan göyərçinlər uşaqlar tərəfindən səmaya buraxılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…