24 baxış
Bu yazını paylaşın
İctimai

Suraxanıda Milli Qəhrəmanın 50 illik yubileyi qeyd olundu

05 İyun 2023

Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

“Telejurnal” xəbər verir ki, tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbir iştirakçıları ilk öncə Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun Qaraçuxur qəsəbəsi, Neftçilər parkında yerləşən büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycanın ən gənc Milli Qəhrəmanı olan Cavanşir Rəhimovun göstərdiyi şücaətlə bağlı məlumatlar diqqətə çatdırıldıqdan sonra onun həyat və döyüş yoluna həsr olunmuş Azərbaycan Mədəniyyət Nazirliyinin Səlnamə studiyası tərəfindən 2013-cu ildə lentə alınan, rejissoru və ssenari müəllifi Kəmalə Musazadə olan “Cavanşir” sənədli filmi nümayiş olunub.

 

Tədbirdə Milli Qəhrəman Cavanşir Rəhimovun adını daşıyan 146 saylı tam orta məktəbin şagirdlərinin təqdimatından sonra RİH başçısı Əziz Əzizov çıxışında qeyd edib ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəxsi igidliyə, şücaətə və xidməti borclarının yerinə yetirilməsində göstərdikləri misilsiz xidmətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur.

 

Həmçinin, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Müdafiə Nazirliyinin əməkdaşı Amil Rəhimli, Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Eldar Rüstəmov, Əməkdar artist, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək bildiriblər ki, məhz Milli Qəhrəmanlarımızın şərəfli həyat yolu, igidliyi, mərdliyi, şücaəti, qəhrəmanlığı Azərbaycan gəncliyi üçün böyük örnək və stimuldu.

 

Sonda qəhrəmanın anası Lalə xanım çıxış edərək dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, dərin minnətdarlığını bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…