65 baxış
Bu yazını paylaşın
Uncategorized

“Sumqayıt”ın baş məşqçisi koronavirusa yoluxan futbolçunun adını açıqladı

07 Noyabr 2020
Sumqayıtın baş məşqçisi koronavirusa yoluxan futbolçunun adını açıqladı

Ayxan Abbasov

“Oyunun çətinliyini bilirdik. Rəqib 4 oyundur ki, məğlub olmurdu. “Səbail”i analiz edəndə görmək olur ki, müdafiə planında komanda şəklində ən yaxşı çıxış edənlərdən biridir. Aftandil müəllimi təbrik edirəm. Bu gün məğlub olmaq istəmirdik. Milli komandanın oyunları ilə əlaqədar fasilə yaranacaq, bizim də çətinliklərimiz var”.

Bu barədə Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu fikirləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın IX turunda “Səbail”ə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, zədəli oyunçular mövcuddur: “Koronavirus pandemiyası ilə bağlı itkilərimiz var. Turnirin əvvəlində bizə bir az təzyiq oldu. Futbolçuları hər oyun yuxarı səviyyədə saxlamaq məsuliyyətdir. Yığmanın görüşlərindən sonra çempionatda vacib oyunlar olacaq. Əlimizdə olan oyunçularla dövrəni yekunlaşdıracağıq.

Biz də istəyərdik ki, geniş heyətimiz olsun. Bəzi mövqelərdə demək olar ki, futbolçularımız yoxdur. Amma bu gün futbolçulara təşəkkür edirəm ki, sonadək oyundan qopmadılar. Axıra qədər oynadıq. Qol epizodları oldu, amma yararlana bilmədik. Qarşımıza məqsəd qoymuşuq, buna da davam edəcəyik. Əlbəttə nəticə də istəyirik. Əsas öz oyunumuzu mükəmməl oynamaqdır, bunun üçün də vaxt lazımdır. Heyətdə gənc oyunçular var”.

Abbasov futbolçu Səbuhi Abdullazadənin koronavirusa yoluxduğunu söyləyib: “Bunu gizlətməyə ehtiyac yoxdur. O, U-21 millimizin üzvüdür. Virus bir neçə komandada var”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…