444 baxış
Bu yazını paylaşın
İqtisadi

Sumqayıtda parkların və yaşıllıq sahələrinin suvarılması üçün texniki suların hazırlanması müzakirə edilib

27 Dekabr 2021

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilən “İçməli və tullantı suları” layihəsi çərçivəsində Sumqayıt şəhərində parkların və yaşıllıq sahələrinin suvarılması üçün texniki suların hazırlanmasını nəzərdə tutan layihə üzrə İşçi Qrupun iclası keçirilib.

‘TELEJURNAL’ “Azərsu” ASC-dən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, iclasda “Azərsu”nun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, GİZ və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Eyni zamanda, tədbirə Almaniyanın Lufviqshafen şəhərinin kommunal təsərrüfat idarəsinin rəhbərliyi də onlayn qoşulub. İclasda İşçi Qrupun rəhbəri “Azərsu” Mərkəzi laboratoriyasının müdiri Elçin Əliyev, Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev, Tullantı su şəbəkələrinin istismarı şöbəsinin rəisi Xalid Abasov iştirak edib.

Tədbirdə tullantı sularının yaşıllıqların suvarılmasında istifadəsi imkanları barədə müzakirələr aparılıb. Hövsan, Bibiheybət və Müşfiqabad qəsəbələrində tullantı sularının təmizlənib yaşıllıq sahələrinin suvarma üçün istifadə edildiyi ərazilərlə tanışlıqdan sonra təcrübə mübadiləsinin aparılması qərara alınıb.

https://azertag.az/xeber/Sumqayitda_parklarin_ve_yasilliq_sahelerinin_suvarilmasi_uchun_texniki_sularin_hazirlanmasi_muzakire_edilib-1962586

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…