49 baxış
Bu yazını paylaşın
İqtisadi

“Sumqayıt Tekstil”in dövlətə məxsus payı özəlləşdirilib

02 Avqust 2023

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Sumqayıt Tekstil” MMC-dəki dövlət payının satışı ilə bağlı elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

TELEJURNAL   quruma istinadən xəbər verir ki, müsabiqənin qalibi “Sumqayıt Texnologiyalar Parkı” MMC-dir.

Şirkət onunla imzalanmış alqı-satqı müqaviləsinə əsasən, dövlət büdcəsinə 5 milyon manat köçürməyə, yaxın 2 il ərzində müəssisəyə 9,1 milyon manat investisiya qoymağa dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların, nəqliyyat vasitələri və texnikanın, xammalın alınması, tikililərin təmiri və yenidən qurulması, infrastrukturun təkmilləşdirilməsi, 350 yeni iş yerinin yaradılması planlaşdırılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…