21 baxış
Bu yazını paylaşın
Siyasi

Sudanda üçgünlük atəşkəs qüvvəyə minib

18 İyun 2023

Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) arasında atəşkəs iyunun 18-dən qüvvəyə minib.

Telejurnal xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı müharibə edən tərəflər arasında vasitəçi qismində çıxış edən Səudiyyə Ərəbistanı və ABŞ-ın birgə bəyanatından çıxarışlara istinadən məlumat yayıb.

Atəşkəs Sudanın paytaxtı Xartumda səhər saat 06:00-da (Bakı vaxtı ilə saat 08:00) qüvvəyə minib.

Sənədə əsasən, silahlı münaqişə tərəfləri bazar günündən başlayaraq 72 saatlıq atəşkəs haqqında razılığa gəliblər. Tərəflər “ölkənin bütün bölgələrində ehtiyacı olanlara yardımın çatdırılmasına imkan verəcək humanitar atəşkəsə riayət etməyi razılaşdırıblar”.

Atəşkəs müddətində ordu və xüsusi təyinatlılar “aviasiyadan, o cümlədən pilotsuz təyyarələrdən istifadə etməmək və artilleriya atəşini dayandırmaq” barədə razılığa gəliblər. Tərəflər həmçinin “qüvvələrinin yenidən yerləşdirilməsindən və qarşılıqlı hücumlardan” çəkinməyə söz veriblər.

Səudiyyə və amerikalı vasitəçilər xəbərdarlıq ediblər ki, elan edilmiş atəşkəs pozulsa, “Sudan ordusu və xüsusi təyinatlı qüvvələrinin nümayəndələri ilə Səudiyyənin Ciddə şəhərində keçiriləcək növbəti məsləhətləşmələr təxirə salınacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…