32 baxış
Bu yazını paylaşın
İdman

Suares “İnter Mayami”də Messiyə qoşulmaq üçün “Qremio”dakı müqaviləsini ödəməyə hazırdır

24 İyul 2023

Uruqvaylı hücumçu Luis Suares üç keçmiş komanda yoldaşının – Lionel Messi, Serxio Buskets və Jordi Albanın artıq oynadığı ABŞ-nin “İnter Mayami” klubuna keçmək üçün Braziliyanın “Qremio” ilə müqaviləsinin qalan hissəsini müstəqil şəkildə ödəməyə hazırdır.

Telejurnal  xəbər verir ki, bu barədə “Football Espana” məlumat yayıb.

Bildirilib ki, Amerika klubu “Barselona”nın keçmiş oyunçularını yenidən bir araya gətirmək üçün layihə üzərində fəal işləyir və Suares onların növbəti hədəfidir. Suaresin özü “İnter Mayami”yə keçmək istəyir, lakin Amerika klubu hələ transfer məsələsində futbolçunun oynadığı “Qremio” ilə razılaşa bilmir. Eyni zamanda, Braziliya klubu həvəssiz futbolçunu heyətdə saxlamaq da istəmir, ona görə də forvard müqaviləsini “Qremio”dan təkbaşına almaq variantını nəzərdən keçirir.

Xatırladaq ki, 36 yaşlı Luis Suaresin “Qremio” ilə 2024-cü ilədək müqaviləsi var. Hücumçu ötən mövsüm klubda 25 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…