44 baxış
Bu yazını paylaşın
Maraqlı

Su çəkildi: 16-cı əsrdən qalma kilsə üzə çıxdı

25 İyul 2023

Davam edən quraqlıq səbəbiylə suyun səviyyəsi əhəmiyyətli dərəcədə azaldıqdan sonra Meksikada bir su anbarından 16-cı əsrə aid bir katolik kilsəsi üzə çıxıb.

Telejurnal.az  xarici mediaya istinadən xəbər verir ki, 1500-cü illərin ortalarında Bartolome de las Casas başçılıq etdiyi Dominikan rahibləri tərəfindən tikilmiş və əvvəlcə Apostol Ceymsə həsr olunmuş bu tikili 1966-cı ildə Qrijalva çayı üzərində tikilmiş bənd olan Çiapasdakı Nezahualcoyotl su anbarında yerləşir. Su anbarının hazırda cəmi 29 faiz tutumu var.

18-ci əsrin ortalarında vəba epidemiyası ilə tərk edilmiş barok kilsəsinin xarabalıqları çox vaxt suyun səviyyəsi aşağı düşəndə qismən aşkar edilirdi və turistlər onu ziyarət etmək üçün qayıqla gəlirdilər. Amma builki quraqlıq kilsəni tamamilə üzə çıxarıb.

Qeyd edək ki, ötən həftə Meksikada yüksək temperaturun müşahidə edilməsi və yağışın olmaması 8 nəfərin həyatına son qoyub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…