217 baxış
Bu yazını paylaşın
İctimai

“Styaua”nın prezidenti “Neftçi”nin baş məşqçisini tərifləyib

23 Avqust 2022

Rumıniyanın “Styaua” klubunun prezidenti Cici Bekali “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf haqqında danışıb.

“TELEJURNAL.AZ”ın məlumatına görə, “Pro Arena”ya açıqlama verən 64 yaşlı funksioner təcrübəli mütəxəssislə yollarını ayırmalarından təəssüfünü ifadə edib.

Bekali 47 yaşlı baş məşqçinin “Styaua”ya rəhbərlik etdiyi dönəmdə daha inamlı təsir bağışladığını bildirib: “Həmin vaxtı kollektivdə özünəinam və cəsarət var idi. Komanda bütün rəqibləri təzyiq altında saxlayırdı. İndi isə sanki həmin ritm, futbolçular arasında qarşılıqlı əlaqə yoxdur”.

Qeyd edək ki, mövsümün əvvəlində “Neftçi”nin sükanı arxasına keçən Laurentsiu Regekampf 2012 – 2014-ci illərdə “Styaua”ya rəhbərlik edib. Komanda rumıniyalı baş məşqçi ilə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

“Styaua” avqustun 25-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Norveçdə “Vikinq”lə üz-üzə gələcək. İlk matçda Rumıniya təmsilçisi 1:2 hesabı ilə uduzub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…