54 baxış
Bu yazını paylaşın
Siyasi

Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun açılış mərasimi keçirilib

03 Fevral 2022

Silahlı Qüvvələrin Hərbi Akademiyasının strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursuna növbəti qəbulun açılış mərasimi keçirilib.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev akademik kursun açılış münasibətilə müdafiə nazirinin adından mərasim iştirakçılarını təbrik edib, onlara tədrisdə və işlərində uğurlar arzulayıb.
Təhsil müddətində dinləyicilərə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzularda mühazirələrin oxunacağı bildirilib. Tədris prosesi beş ay olmaqla hər ilin fevral-iyun aylarında mühazirələr, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr formasında keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…