25 baxış
Bu yazını paylaşın
Siyasi

Strasburqda AŞPA-nın yay sessiyası başlayıb

19 İyun 2023

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyası öz işinə başlayıb.

Telejurnal xəbər verir ki, sessiya çərçivəsində Rusiyanın Ukraynaya təcavüzü, miqrasiya, Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlarla bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Sessiya çərçivəsində Laçın yolunda mövcud vəziyyətlə bağlı müzakirələrin aparılacağı da gözlənilir.

Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Milli Məclisin deputatları – AŞPA-da nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Strasburqa gediblər.

AŞPA-nın sessiyası iyunun 23-də başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…