21 baxış
Bu yazını paylaşın
Dünya

Stoltenberq: “Aİ NATO-nun köməyi olmadan Avropanı qoruya bilməyəcək”

09 May 2023

Avropa İttifaqı digər NATO ölkələrinin köməyi olmadan qitəni təkbaşına müdafiə edə bilməyəcək.

“Telejurnal” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “The Washington Post”a müsahibəsində deyib.

“Avropa İttifaqının müdafiə sahəsindəki səylərini alqışlayırıq. Biz bir-birini təkrarlamaqdan və rəqabətdən qaçmalıyıq, çünki Aİ qitəni qoruya bilmir. NATO-nun müdafiə xərclərinin 80%-i Aİ-yə daxil olmayan müttəfiqlərdən gəlir. Bu, həm də coğrafiya ilə bağlıdır. ABŞ, Kanada və Böyük Britaniya Avropanın müdafiəsi üçün həlledici rol oynayır”, – NATO-nun Baş katibi bildirib.

Onun sözlərinə görə, Şimali Amerika ilə Avropa arasında əlaqəni zəiflətmək cəhdləri yalnız NATO-nun deyil, həm də qitənin parçalanmasına gətirib çıxaracaq.

“Ukraynadakı müharibədən bir şey öyrənmişiksə, bu, Şimali Amerika və Avropanın bir yerdə olmasıdır”, – Stoltenberq qeyd edib.

O əlavə edib ki, ABŞ, Kanada və Böyük Britaniya 2014-cü ildən Ukrayna hərbçilərinə təlim keçib və hazırda Ukraynaya əhəmiyyətli dəstək verirlər. Alyans rəhbərinin sözlərinə görə, Kiyevə yardımın 78%-i Aİ üzvü olmayan NATO müttəfiqlərinin payına düşür.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…