34 baxış
Bu yazını paylaşın
İctimai

Stiven Mann: “Boru kəmərləri ilə bağlı uğurlu layihələr Heydər Əliyevin enerji sahəsindəki irsidir”

05 May 2023

“İndiyədək uğurla həyata keçirilən, Azərbaycanı dünya bazarı ilə birləşdirən boru kəmərləri ilə bağlı layihələr Heydər Əliyevin enerji sahəsindəki irsidir”.

TELEJURNAL  xəbər verir ki, bunu ABŞ-ın Avrasiya enerji diplomatiyası üzrə keçmiş əlaqələndiricisi Stiven Mann “Ümummilli Lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfransda “Heydər Əliyev və enerji strategiyası” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Videobağlantı vasitəsilə konfrans iştirakçılarına müraciət edən S.Mann Heydər Əliyevin görkəmli şəxsiyyət olduğunu və məhz onun səyləri nəticəsində Azərbaycanın enerji sektorunda böyük uğurlar qazandığını qeyd edib: “Heydər Əliyevlə ilk dəfə 1998-ci ildə Aşqabadda keçirilən konfransda tanış oldum. O, həqiqətən milli, regional və beynəlxalq miqyasda lider idi”.

Onun sözlərinə görə, Heydər Əliyevin sayəsində Azərbaycanın enerji sektoruna milyonlarla dollarlıq investisiyaların qoyulmasının təməli qoyulub: “Bu mənada “Əsrin müqaviləsi” çox gözəl nümunədir. Heydər Əliyevin investisiyaların təmin edilməsi ilə bağlı qərarlar qəbul etməsinin sürəti dərin təsir bağışlayır. Həmin illərdə Xəzər regionu xarici investorlar üçün naməlum bölgə idi. Lakin Heydər Əliyev qoyulan sərmayələrin sərfəli olacağı və qorunacağı ilə bağlı xarici investorlarda inam yaratmışdı. Bununla da o, Azərbaycanda neft-qaz və energetika sənayesinin gələcək inkişafı üçün zəmin yaradıb”

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…