26 baxış
Bu yazını paylaşın
Dünya

“Starwood Capital Group” ARDNF-lə əməkdaşlığı genişləndirmək istəyir

12 İyun 2023

Dünyanın aparıcı investisiya şirkətlərindən biri, alternativ investisiyaların idarə edilməsi ilə məşğul olan “Starwood Capital Group” şirkəti Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlığı genişləndirmək istəyir.

Telejurnal  xəbər verir ki, bunu şirkətin təsisçisi və icraçı direktoru Berri Sternlix bu gün Prezident İlham Əliyevlə görüşdə bildirib.

Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərini və qısa zaman ərzində əldə olunan uğurları qeyd edən B.Sternlix ölkəmizin regionda böyük rola malik olduğunu deyib. Qonaq vurğulayıb ki, ARDNF-lə çoxillik və möhkəm əməkdaşlıq rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıyır və onlar gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdırlar.

Dövlət başçısı isə dünyanın nəhəng və qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Fondun “Starwood Capital Group”la sıx əlaqələrinin olmasını müsbət qiymətləndirib və mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…