71 baxış
Bu yazını paylaşın
İqtisadi

“Startapın müəyyən olunması meyarları” təsdiqlənib

30 Yanvar 2021

“Startapın müəyyən olunması meyarları” təsdiq olunub.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabineti “Startapın müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə” Qərər qəbul edib.
Qərara əsasən, “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə (ərizəçi) dair meyarlar aşağıdakılardır:
– mikro və ya kiçik sahibkarlıq subyekti olması
– orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması
– rezident vergi ödəyicisi olması.
Ərizəçilərin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar aşağıdakılardır:
– məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması
– innovativ təşəbbüsə əsaslanan olması:
1. mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;
2. yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması
– rəqabətqabiliyyətli olması
– qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması
– digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.
“Startap” şəhadətnaməsini almaq üçün ərizəçi bu sənədin 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş ərizə ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edir. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı formada və ya elektron qaydada agentliyə təqdim edilir. Ərizə hüquqi şəxsin qanuni təmsilçisi və ya fiziki şəxsin özü tərəfindən imzalanır. Ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə isə ərizə səlahiyyətli nümayəndə tərəfindən imzalanır.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
– ərizəçinin vergiödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fiziki şəxs olan ərizəçinin isə əlavə olaraq şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli
– “Startap” şəhadətnaməsinin alınması üçün tərtib edilən layihənin adını, ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat
– məhsulun sənaye nümunəsi və ya dizaynı
– aşağıdakı məlumatlardan ibarət biznes-plan:
1. məhsulun (xidmətin) bazarda payı ilə bağlı bazar araşdırması və marketinq planı, onun bazar potensialı;
2. məhsulun ixrac və ya idxalı əvəzetmə potensialı (əsaslandırma ilə);
3. məhsulun (xidmətin) unikallığı və rəqabətqabiliyyətliliyi (əsaslandırma ilə);
4. investisiya planı;
KOBİA ərizədə və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar etmədikdə, təqdim olunan 5 sənədləri (məlumatları) qiymətləndirmək məqsədilə agentlikdə yaradılmış Ekspertlər Şurasına təqdim edir. Ekspertlər Şurası aşağıdakı tərkibdə formalaşdırılır:
– İqtisadiyyat Nazirliyindən – 3 nəfər
– Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən – 2 nəfər
– Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən – 1 nəfər
– Əqli Mülkiyyət Agentliyindən – 1 nəfər
– Azərbaycan Milli Elmlər Akademiyasından – 1 nəfər
– müstəqil ekspertlərdən – 3 nəfər.
Ekspertlər Şurasının sadə səs çoxluğu ilə qəbul edilmiş müvafiq rəyi agentliyə təqdim edilir. KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. “Startap” şəhadətnaməsi 3 il müddətinə verilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…