128 baxış
Bu yazını paylaşın
İqtisadi

Startapçılarla müzakirələr aparılıb

19 Mart 2021

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “EnterpriseAzerbaijan.com” portalına daxil olan startapçılarla görüşüb.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə V.Qasımlı Azərbaycanda startap ekosisteminin inkişafı üçün əsaslar yaradıldığını qeyd edib.
“Biznesə başlamanın asanlığı, startap şəhadətnaməsi əsasında üçillik vergi tətili, inkubasiya, akselerasiya və kovorkinq platformaları, startaplar üçün mentorluq və maliyyə bazarlarına çıxış imkanları bu sıradadır. Dünyada 3 trilyon dollarlıq startap ekosistemində Azərbaycanın mövqeyini gücləndirməsi üçün “EnterpriseAzerbaijan.com” portalı təlimlər keçirir, kikstarter platformalarına çıxışı təmin edir, inkubasiya və akselerasiya platforması kimi xidmət göstərir. “EnterpriseAzerbaijan.com” və Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində startapları dəstəkləmək üçün onlara aktivlər təqdim ediblər. Eyni zamanda, “EnterpriseAzerbaijan.com” portalı Azərbaycan Beynəlxalq Bankı ilə startapların xarici maliyyə bazarlarına çıxarılması üçün birgə layihə gerçəkləşdirirlər”, – deyə o bildirib.
Görüşdə “EnterpriseAzerbaijan.com” portalında akselerasiya prosesində olan “ALMA Consulting”, özünüməşğulluq çərçivəsində aktivlər alan “Bonpini” və “İnterno”, “EnterpriseAzerbaijan.com” portalında yerləşdirilmiş “Healthi Story”, “İRS cizgi”, “Save Access System”, “TezGet” və “VeloKuryer” startapları təqdimatlarla çıxış ediblər.
“EnterpriseAzerbaijan.com” portalının meneceri Pərvin Məmmədzadə bildirib ki, bu yaxınlarda Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə Azərbaycan startapları ilə potensial investorların görüşünün keçirilməsi planlaşdırılır. Məqsəd startapların layihələrinin maliyyələşdirilməsidir. Hibrid, yəni həm onlayn, həm də offlayn formatda olacaq tədbirdə banklar, mələk və toxum investorların iştirakı planlaşdırılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…