357 baxış
Bu yazını paylaşın
İqtisadi

Startap şəhadətnaməsi əldə edənlərin 50 faizi gənc startaplardır

10 Dekabr 2021

Bu günədək 27 sahibkarlıq subyektinə şəhadətnamə verilib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən “Gənc sahibkarların II forumu”nda deyib.

“Startap şəhadətnaməsi əldə edənlərin 50 faizə qədəri gənc startaplardır. Son illər gənclər xüsusi olaraq rəqəmsal texnologiyalara əsaslanan məhsul və xidmətlərə daha çox meyillidirlər. Bununla bağlı, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. “Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. “Startap” şəhadətnaməsi, həmçinin startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır”, – deyə O.Məmmədov qeyd edib.

https://azertag.az/xeber/Startap_sehadetnamesi_elde_edenlerin_50_faizi_genc_startaplardir-1947726

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…