67 baxış
Bu yazını paylaşın
Dünya

Stanislav Çerçesov: Komandanın öz meydanında oynaması üstünlükdür

04 Avqust 2022

Komandanın öz meydanında oynaması üstünlükdür. Azarkeşlər də öz futbolçularını irəli səsləyirdilər. Buna görə müəyyən anlarda müdafiə olunduq. Burada hava şəraiti də rol oynadı. Amma bizim də yaxşı epizodlarımız oldu. Bu da onu göstərir ki, heç də geri çəkilməmişdik.

TELEJURNAL xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubunun qonağı olan Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssisin sözlərinə görə, həm oyundan, həm də nəticədən razı qalıb: “Komanda bütün lazımi sözləri məndən eşidəcək. Elə şeylər var ki, öz aramızda danışırıq. Bu, ictimaiyyət üçün deyil. Deyəcəyim sözləri növbəti matçda nümayiş etdirəcəyik”.

Mütəxəssis komandasının avrokuboklarda bu mövsüm keçirdiyi əvvəlki matçlara da toxunub: “Artıq 4 və ya 5 oyun keçirmişik. Çox çətin səfər matçlarımız olub. Nəticələr göz qabağındadır. Komandamızda zədəli futbolçular var. Oyunçularıma çox sağ ol deyirəm. Çünki qarşıya qoyulan vəzifələri yerinə yetirirlər”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Ferentsvaroş” oyunu 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab matçı avqustun 9-da Budapeştdə keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…