51 baxış
Bu yazını paylaşın
İqtisadi

“Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac olacaq

05 Yanvar 2022

Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləğvetmə komissiyası rekonstruksiya işlərindən sonra şirkətə məxsus birləşdirilmiş 4 mənzili ümumilikdə satış qiyməti 1 milyon 150 min manatdan 20 faiz aşağı olmaqla, yəni 920 min manata təkrar açıq hərraca çıxaracaq.

‘TELEJURNAL’ AZƏRTAC-a istinadən xəbər verir ki, hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən yanvarın 12-si saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Hərracda iştirak üçün satış qiymətinin 1 faizi, yəni 9200 manat məbləğində beh ödənilməlidir. Hərracla bağlı daha ətraflı məlumatları isə bu linkdən https://birjanews.az/herrac-elanlar/115 əldə etmək mümkündür.

Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata satışa çıxarılmışdı.

https://azertag.az/xeber/Standard_Insurance_sigorta_sirketinin_emlaklarinin_satisi_ile_bagli_herrac_olacaq-1967814

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…