472 baxış
Bu yazını paylaşın
İqtisadi

“Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək

13 Dekabr 2021

Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil onların ümumilikdə satış qiyməti olan 1 milyon 150 min manatdan 15 faiz aşağı olmaqla, yəni 977 min 500 manata təkrar açıq hərraca çıxarılacaq.

‘TELEJURNAL’ Şirkətin ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən dekabrın 23-ü saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Hərracda iştirak üçün satış qiymətinin 1 faizi, yəni 9775 manat məbləğində beh ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Hərracla bağlı daha ətraflı məlumatları isə https://birjanews.az/herrac-elanlar/91 linkindən əldə etmək mümkündür.

Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata satışa çıxarılıb.

https://azertag.az/xeber/Standard_Insurance_sigorta_sirketinin_emlaklarinin_satisi_ile_bagli_herrac_kechirilecek-1950006

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…