21 baxış
Bu yazını paylaşın
Dünya

Şri-Lankada fövqəladə vəziyyət rejimi elan edilib.

18 İyul 2022

Şri-Lankanın Prezidenti vəzifələrini icra edən Baş nazir Ranil Vikramasinqh respublikada fövqəladə vəziyyət rejimi tətbiq edib.

 TELEJURNAL. az AZƏRTAC-a  istinadla xəbər verir ki, Baş nazirin bu gün dərc olunan fərmanında fövqəladə vəziyyətin ictimai təhlükəsizlik, ictimai asayişin mühafizəsi, həmçinin tədarük və xidmətin dəstəklənməsi üçün tətbiq olunduğu deyilir.

Şri-Lankada siyasi vəziyyət iyulun 9-da etirazçıların dövlət başçısı və Baş nazirin iqamətgahlarını ələ keçirməsindən sonra daha da gərginləşib. Kütləvi etiraz aksiyalarına ölkədə iqtisadi vəziyyətin kəskin pisləşməsi səbəb olub. Şri-Lanka xarici valyuta, yanacaq və neft məhsulları, gübrə, qida məhsulları, həmçinin tibbi preparatların qıtlığı ilə üzləşib.

İyulun 15-də Şri-Lankanın sabiq Prezidenti Qotabaya Racapaksa ölkəni tərk edərək Sinqapura gedib və oradan istefası barədə rəsmi məktub göndərib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…