33 baxış
Bu yazını paylaşın
Dünya

“SpaceX” kompaniyası daha 47 internet peykini orbitə çıxaracaq

22 İyun 2023

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi bu gün qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 47 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxaracaq.

Telejurnal  xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, buraxılış Sakit okean sahilləri vaxtı ilə saat 12:19-da (Bakı vaxtı ilə 11:19) ABŞ Kosmik Qüvvələrinin Vandenberq bazasında həyata keçiriləcək.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 90-cı qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 4,6 minə yaxın mini-peyk buraxıb. Onların 4,2 mini hazırda işlək vəziyyətdədir.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” layihə çərçivəsində orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…