47 baxış
Bu yazını paylaşın
Dünya

Şoyqu: “Ukrayna Krımı HİMARS-la vurmağa hazırlaşır, bu, ABŞ və Britaniyanın münaqişəyə qoşulması deməkdir”

20 İyun 2023

“Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və “Storm Shadow” raketləri ilə zərbə endirməyi planlaşdırır”.

 

“Telejurnal” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.

 

O bildirib ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması anlamına gələcək: “Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək”.

 

S.Şoyqu həmçinin söyləyib ki, NATO mütəxəssislərinin hazırladığı Ukraynanın elit birləşmələri hücum əməliyyatlarını davam etdirirlər.

 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

 

Ukrayna Silahlı Qüvvələri bir müddət əvvəl əks-hücum əməliyyatlarına başlayıb. Rusiya Prezidenti Vladimir Putin bunu etiraf edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…