44 baxış
Bu yazını paylaşın
Dünya

Şoyqu: ABŞ dünyanı Rusiya və Çinlə qarşıdurmaya təhrik etmək istəyir

28 Aprel 2023

Vaşinqton və onun müttəfiqləri qlobal üstünlüyünü saxlamaq cəhdi ilə qlobal təhlükəsizlik arxitekturasını ciddi şəkildə aşındırıblar”.

Telejurnal xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Nyu-Dehlidə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşündə bildirib.

“Ukrayna hadisələri Vaşinqtonun və onun müttəfiqlərinin digər ölkələri Moskva və Pekinlə hərbi qarşıdurmaya təhrik etməyə yönəldiyini təsdiqləyir.

Bu gün Vaşinqton və onların əlaltıları öz strateji planlarını həyata keçirirlər. Bu plan başqa ölkələri etiraz edilən dövlətlərlə, ilk növbədə Rusiya və Çinlə hərbi qarşıdurmaya təhrik etməkdən ibarətdir. Bu cür cinayətkar siyasətin əyani təsdiqi Ukraynadakı münaqişədir. Onun əsl məqsədi Rusiyanı strateji məğlubiyyətə uğratmaq, Çinə təhlükə yaratmaq və dünyada inhisarçı mövqeyini saxlamaqdır”,- deyə Şoyqu bildirib.

Rusiya Federasiyasının müdafiə naziri qeyd edib ki, “bu məqsədlə 2014-cü ildə Maydanda anti-konstitusiya çevrilişinə beş milyard ABŞ dollarından çox vəsait xərclənib və bu, sərhədlərimizdə düşmən millətçi rusofob rejimin formalaşmasına gətirib çıxarıb.

Şoyqu bəyan edib ki, Kiyevin Minsk razılaşmalarına əməl etməkdən imtina etməsini və Donbass sakinləri üçün real təhlükəni nəzərə alaraq, Rusiya Federasiyası “xüsusi hərbi əməliyyat” keçirmək qərarına gəlib.

Rusiya Müdafiə Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Vaşinqton və onun müttəfiqləri qlobal dominantlığı saxlamaq cəhdi ilə dünya təhlükəsizlik arxitekturasını ciddi şəkildə pozublar.

“Onların təşəbbüsü ilə silahlara nəzarət və etimadın yaradılması üzrə əsas sazişlərin sökülməsi və ləğvi prosesinə başlanılıb”,- deyə Şoyqu bildirib.

O xatırladıb ki, Vaşinqton əvvəlcə Sovet-Amerika Anti-Ballistik Raket Müqaviləsinə birtərəfli qaydada xitam verib, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılmasına dair Sazişi ratifikasiya etməkdən imtina edib, sonra Orta və Qısa mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxıb.

Şoyqu qeyd edib ki, ŞƏT-dəki həmkarları ilə hazırkı görüş “son dərəcə qeyri-sabit beynəlxalq vəziyyət fonunda keçirilir”.

“Yeni çoxqütblü dünyanın formalaşması prosesində kardinal, dinamik və dönməz dəyişikliklər baş verir. Kollektiv Qərb buna fəal şəkildə qarşı çıxır”, – deyə Rusiyanın müdafiə naziri bildirib.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan iştirak edir. Müşahidəçi ölkələr – Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr – Ermənistan , Azərbaycan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…